Xəbərlər
Daimi kağız şəxsiyyət vəsiqəsi olan Gürcüstan vətəndaşları bir apreldən bir may tarixinə qədər pasport və elektron şəxsiyyət vəsiqəsini pulsuz alacaqlar
Daimi kağız şəxsiyyət vəsiqəsi olan vətəndaşlar və xaricdə yaşayan şəxslər üçün kimlik sənədinin pulsuz verilməsi ilə bağlı növbəti aksiyalar elan olunacaq – bu haqda Ədliyyə Naziri Tea Tsulukiani Parlamentin plenar iclasında bildirib.

Nazirin sözlərinə görə daimi kağız şəxsiyyət vəsiqəsinə sahib olan vətəndaşlar Gürcüstan vətəndaşı pasportunu və elektron şəxsiyyət vəsiqəsini cari ilin bir aprelindən bir may tarixinə qədər tam təmənnasız alacaqlar.
Gürcüstanda belə vətndaşların sayı cəmi 401 000-dir.
Nazir parlament deputatlarına daha bir geniş miqyaslı aksiya haqqında məlumat verib. Xaricdə yaşayan vətəndaşlar aksiya çərçivəsində may ayında, bir ay müddətində Gürcüstan vətəndaşı pasportunu tam təmənnasız ala biləcəklər.

“Biz keçən il konsulluqlarda xaricdə olan bizim soydaşlarımız üçün aksiya etdik və onlar üçün vacib olan elektron şəxsiyyət vəsiqəsi deyil pasport 50 dollara verilirdi. Bu həmin sənədin dəyərinin 70%-lik endirimidi və bu aksiyadan 5000 nəfər istifadə edib.

Ancaq artıq anons edə bilərəm ki, Gürcüstanın müstqəillik günü olan ayda – yəni may ayında, bütün bir ay ərzində bizi Xarici İşlər Nazirliyimizin dəstəyi ilə soydaşlarımıza Gürcüstan vətəndaşı pasportu pulsuz veriləcək – bu da bir aksiyadır.

2020-ci ildə seçki siyahısı ilə bağlı Odirin (ODIHR) müsbət nəticəsini əldə etmək üçün vacibdir ki, biz birdəfəlik kağız şəxsiyyət vəsiqələri ilə vidalaşaq. Bu gün velə vəziyyətdə olan 401 000 vətəndaş var ki, kağız şəxsiyyət vəsiqəsinə sahibdirlər və üzərinə “müddətsiz” yazılıb. Bu bizim vətəndaşların köhnə vaxtın sənədlərinə sahib olan kateqoriyasıdır və müddətsiz sənədləri var və dəyişmirlər. Müvafiq olaraq bir apreldən bir maya qədər şəxsiyyət vəsiqəsi və pasport pulsuz olacaq.

Ədliyyə nazirliyi bundan artıq nə etməlidir ki, kağız şəxsiyyət vəsiqəsinə sahib olan vətəndaşları əmin etsin ki: sizin şəxsiyyətiniz asan şəkildə saxtalaşdırıla bilər. Sizin mülkünü elə qeydiyyat oluna bilər ki, heç xəbəriniz olmaz. Həmçinin, seçki hüququnuzu da əlinizdən ala bilərlər.

Ona görə də hamınızı, 401 000 nəfəri çağırıram ki, hazırda çibində, çantasında, hücrəsində kağız şəxsiyyət vəsiqəsi olanlar bu aksiyadan istifadə edin, şəxsiyyət vəsiqəsi və pasportu bir maya qədər pulsuz alın” - ədliyyə naziri Tea Tsulukiani bildirib.


Mənbə: 1tv.ge
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis
Departamentinin Tetricğaro Rayon İdarəsinin əməkdaşları
keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mal-qaranın
oğurlanmasında şübhəli bilinən 3 nəfəri
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Tetricğaro Rayon İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mal-qaranın oğurlanmasında şübhəli bilinən 3 nəfəri
Gürcüstan Təhsil Nazirliyi müəllim olmaq
istəyənlər üçün avqustun sonunda müsabiqə elan
edəcək.
Gürcüstan Təhsil Nazirliyi müəllim olmaq istəyənlər üçün avqustun sonunda müsabiqə elan edəcək.
Tbilisinin David
Ağmaşenebeli dərəsinin 9-cu kilometrliyində yol-nəqliyyat hadisəsi
baş verib.
Tbilisinin David Ağmaşenebeli dərəsinin 9-cu kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
Gürcüstanın Dmanisi rayonunda 3.2 bal gücündə
zəlzələ baş verib.
Gürcüstanın Dmanisi rayonunda 3.2 bal gücündə zəlzələ baş verib.
“Aylardır iki uşaqla atam evində yaşayırıq,
tək gəlirimiz uşağımın fiziki qüsurlu maaşıdır, - Esmira Qocayeva
danışır, - İki uşağım var biri fiziki məhdudiyyətlidir, serebral
iflicdir.
“Aylardır iki uşaqla atam evində yaşayırıq, tək gəlirimiz uşağımın fiziki qüsurlu maaşıdır, - Esmira Qocayeva danışır, - İki uşağım var biri fiziki məhdudiyyətlidir, serebral iflicdir.
“Gürcüstan və ABŞ arasında birbaşa
aviauçuşlarla bağlı sentyabrda danışıqlar aparılacaq”
– bunu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Naziri Natia
Turnava jurnalistlərə bildirib.
“Gürcüstan və ABŞ arasında birbaşa aviauçuşlarla bağlı sentyabrda danışıqlar aparılacaq” – bunu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Naziri Natia Turnava jurnalistlərə bildirib.
Azərbaycan Gömrük Komitəsi Türkiyə, Gürcüstan
və Rusiyaya avtobus səfərlərində gömrük yoxlamalarını sadələşdirmək
niyyətindədir.
Azərbaycan Gömrük Komitəsi Türkiyə, Gürcüstan və Rusiyaya avtobus səfərlərində gömrük yoxlamalarını sadələşdirmək niyyətindədir.
Marneuli bələdiyyəsinin Şaumian kəndi
ətradında yerləşən dağda yanğın baş verib.
Marneuli bələdiyyəsinin Şaumian kəndi ətradında yerləşən dağda yanğın baş verib.