Hakimiyyət sağ sükanlı hibridlərin və elektrik maşınlarının idxalını bahalaşdırmağı planlaşdırır
Gürcüstan hakimiyyəti idxal edilən sağ sükanlı hybrid və elektromobllərin aksiz dəyərini artırmağı planlaşdırır. Bunun yol təhlükəsizliyi motivi ilə edildiyini izah edirlər. Qanun layihəsini çoxluğun deputatı Nino Dzilosani təqdim edib və parlament birinci dinləmə ilə səs verəcək.

Təqdim olunan layihəyə görə vergi məcəlləsinin 188-ci maddəsinə dəyişiklik daxil olur və müxtəlif sağ və sol sükanlı hybrid avtomobillərinə vergi güzəşti tənzimləyir. Dəyişiklik qəbul olunan halda sağ sükanlı hybrid avtomobilləri üçün aksizin qiyməti mövcud olan 60%-lə müqayidəsə 20% azalacaq.

Sağ sükanlı elektrik maşınarın idxal edilməsinin aksiz dəyəri də artırılacaq. Nino Dzilosaninin dediyinə görə, əlavə olaraq sağ sükanlı elektrik mobillərin aksiz dəyəri müəyyən edilib və illərə əsasən olacaq.

“Bizim primitive araşdırmamız əsasında məsələn əgər 2012-ci ilin sol sükanlı elektrik avtomobilləri 14 000 lari dəyərindədirsə, bizim yeni tənzimləmə ilə o təqribən 17 000 lariyə qədər artacaq. Müəyyən hallarda bu həvəsləndirici şərt olacaq ki, idxalçılar və istifadəçilər sağ sükanlı elektrik və hybrid avtomobillər gətirsinlər.

Plenar iclasda qanun layihəsinin düzəldilmiş variant təqdim olunub. Qanun layihəyə eləcə də bizim tərəfimidən aşkarlanmış və sahə komitəsi tərəfindən bidlirilən qeyd də əlavə olunacaq. Daha konkret, 194-cü maddənin beçinci hissəsinin “l” altbəndi elə formlaşacaq ki, xarici iqtisadi işlərin milli məhsul nömrəsinin 8-11 məhsul mövqeyi ilə nəzərdə tutulmuş nəqliyyat vasitələri – mopedlər təsvir olunacaq. Demək istəyirəm ki, qeyd olunan yalnız texniki xarakterli dəyişiklikdir”
– çoxluğun deputatı Nino Dzilovani deyir.

Bir halda ki, qanun layihəsi ilk dinləmə ilə və prinsiplər səviyyəsində parlamentə çıxır Nino Dzilovani deputatları dəstək olmağa çağırıb. Onun sözlərinə gprə bu qanun layihəsi yol təhlükəsizliyinə istiqamətlənib. Çoxluğun bir neçə üzvü həmçinin, Levan Koberidze hesab edir ki, yaxşı olar qanun layihəsi təfərrüatı ilə komitədə müzakirə olunsun və parlamentdə ikinci dinləmədə dəstəkləsinlər.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google