Hakimiyyət sağ sükanlı hibridlərin və elektrik maşınlarının idxalını bahalaşdırmağı planlaşdırır
22:53 / 03.04.2019
Gürcüstan hakimiyyəti idxal edilən sağ sükanlı
hybrid və elektromobllərin aksiz dəyərini artırmağı
planlaşdırır.
Bunun yol təhlükəsizliyi motivi ilə edildiyini
izah edirlər. Qanun layihəsini çoxluğun deputatı Nino Dzilosani
təqdim edib və parlament birinci dinləmə ilə səs verəcək.
Təqdim olunan layihəyə görə vergi məcəlləsinin 188-ci maddəsinə
dəyişiklik daxil olur və müxtəlif sağ və sol sükanlı hybrid
avtomobillərinə vergi güzəşti tənzimləyir. Dəyişiklik qəbul olunan
halda sağ sükanlı hybrid avtomobilləri üçün aksizin qiyməti mövcud
olan 60%-lə müqayidəsə 20% azalacaq.
Sağ sükanlı elektrik maşınarın idxal edilməsinin aksiz dəyəri də
artırılacaq. Nino Dzilosaninin dediyinə görə, əlavə olaraq sağ
sükanlı elektrik mobillərin aksiz dəyəri müəyyən edilib və illərə
əsasən olacaq.
“Bizim primitive araşdırmamız əsasında məsələn əgər
2012-ci ilin sol sükanlı elektrik avtomobilləri 14 000 lari
dəyərindədirsə, bizim yeni tənzimləmə ilə o təqribən 17 000 lariyə
qədər artacaq. Müəyyən hallarda bu həvəsləndirici şərt olacaq ki,
idxalçılar və istifadəçilər sağ sükanlı elektrik və hybrid
avtomobillər gətirsinlər.
Plenar iclasda qanun layihəsinin düzəldilmiş variant təqdim olunub.
Qanun layihəyə eləcə də bizim tərəfimidən aşkarlanmış və sahə
komitəsi tərəfindən bidlirilən qeyd də əlavə olunacaq. Daha
konkret, 194-cü maddənin beçinci hissəsinin “l” altbəndi elə
formlaşacaq ki, xarici iqtisadi işlərin milli məhsul nömrəsinin
8-11 məhsul mövqeyi ilə nəzərdə tutulmuş nəqliyyat vasitələri –
mopedlər təsvir olunacaq. Demək istəyirəm ki, qeyd olunan yalnız
texniki xarakterli dəyişiklikdir” – çoxluğun deputatı
Nino Dzilovani deyir.
Bir halda ki, qanun layihəsi ilk dinləmə ilə və prinsiplər
səviyyəsində parlamentə çıxır Nino Dzilovani deputatları dəstək
olmağa çağırıb. Onun sözlərinə gprə bu qanun layihəsi yol
təhlükəsizliyinə istiqamətlənib. Çoxluğun bir neçə üzvü həmçinin,
Levan Koberidze hesab edir ki, yaxşı olar qanun layihəsi təfərrüatı
ilə komitədə müzakirə olunsun və parlamentdə ikinci dinləmədə
dəstəkləsinlər.