Avlabaridəki saray Saakaşvilinin deyil, Gürcüstan prezidentinin sarayı idi – Qiqa Bokeria
Bu Saakaşvilinin deyil, Gürcüstan prezidentinin sarayı idi – bu barədə “Avropalı Gürcüstan” partiyasının liderlərindən biri Qiqa Bokeria Avlabaridəki prezident iqamətgahının funksiyasının dəyişdirilməsi məsələsini dəyərləndirərkən bildirib.

Bokerianın bildirdiyinə görə, “iqtidar komandasının keçmiş hakimiyyətlə əlaqələndirdiyi bütün simvollara bir növ hücumu” gülünc və utancvericidir.

“Onların fikrincə keçmiş hakimiyyətlə əlaqələndirdikləri simvollara qarşı xaç yürüşünə bənzər hücumları utancverici və eyni zamanda gülüncdür. Real olaraq bu dövlət institutlarının simvolu idi. Bu Saakaşvilinin deyil, Gürcüstan prezidentinin sarayı idi. Bunların belə axmaq və utancverici məsələdə belə ikili standartları var və bu da İvanişvilinin komandasının qeyri-səmimiliyinin və ikiüzlülüyünün daha bir əlamətidir”, – Qiqa Bokeria bildirib.

Qeyd edək ki, prezidentin mətbuat katibi, Xatia Moistsrapişvilinin məlumatına görə, prezident, hakimiyyət və Parlament arasındakı razılaşmaya əsasən keçmiş prezident sarayı üçün yeni funksiya müəyyən edilib və o dövlət tədbirləri sarayı olub.

“Gürcüstan prezidenti, hakimiyyət və Parlament arasındakı razılaşmaya əsasən Abduşelişvili küçəsində yerləşən prezident sarayı üçün yeni funksiya müəyyən edilib – bu dövlət tədbirləri sarayıdır. Hakimiyyət müvafiq sərəncam verəcək”, – Xatia Moistsrapişvili “Interpressnews”a bildirib.

Mənbə: İnterPressNews
Print