Parlamentin plenar iclas zalına Zviad Qamsaxurdiyanın adı veriləcək - Kobaxidze
Parlamentin sədri İrakli Kobaxidzenin sözlərinə görə parlamentin plenar iclas zalına Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdiyanın adı verilə bilər.

Kobaxidzenin sözlərinə görə 1991-ci ilin 9 aprelində Qamsaxurdiya müstəqilliyin bərpası aktını plenar iclas zalında elan edib. Bundan dolayı parlamentin sədri büroya plenar iclas zalına Qamsaxurdiyanın adının verilməsi ilə bağlı müraciət etməyi planlaşdırır.

“28 il bundan əvvəl, 1991-ci ilin 9 aprelində Gürcüstanın Ali Şurasının sədri Zviad Qamsaxuridya Gürcüstanın dövlət müstəqilliyinin bərpasını elan edib. Həmin aktla azadlıq arzusunda olan gürcü nəsillərinin arzusu gerçək oldu və müstəqil gürcü dövlətinin inşasının əsası qoyuldu.

9 aprel dövlət müstəqilliyinin bərpası aktını Zviad Qamsaxurdiya Gürcüstan parlamentinin plenar iclas zalında elan edib. Bu tarixi hadisəyə və dövlətçilik simvoluna hörmət olaraq qərar qəbul etdim ki, Gürcüstan parlament bürosuna təkliflər müraciət edim ki, Gürcüstan parlamentinin pelanar iclas zalına Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdiyanın adı verilsin”
– Kobaxidze bildirib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google