Roman Qotsiridze İvanişvilinin müsahibəsi haqqında - Bu hamının arxasını çevirdiyi və gücünü itirdiyini hiss edən qorxmuş kişinin dərdləri idi
Reallıq hissini itirən adam – öz küncünə qapanıb və ölkənin problemini Beselia-Qedi-Jorjoliani-Natsvlişvili-İvanişvili səviyyəsinə gətirib çıxarıb – Bidzina İvanişvilinin dünənki bəyanatına “Milli Hərəkat” fraksiyasının sədri Roman Qotsiridze belə münasibət bildirib.

Qotsiridzenin İPN-ə bildirdiyinə görə, İvanişvili demək olar ki, iki saat ərzində dörd dəfə “Kapitan Qiqauri”, iki dəfədən çox Şalva Şavqulidze və dəfələrlər Rusiyanı xatırlatdı. Dünən ideallaşdırdıqlarını – Mağradze, Xuxaşvili və başqa sevimli adamları, bu gün düşmən və “Milli Hərəkatın” göndərdikləri adlandırdı. Murusidzeni ilahiləşdirir və hansısa Zardiaşvilini möhtəşəm qiymətləndirir. Demə əhalinin gözünə görünür-göründüyü kimi əhali elə də pis yaşamır. Məsələn, Anaklia layihəsi cəlb edici deyil və gəlir sən demə 30-40 ildən sonra olacaq. İnvestora bunu desən bu layihəyə kim əlini vurar. Qorxmuş kişinin dərdi, elə hiss edir ki, hamının arxasını döndüyü hakimiyyəti itirir (“Qreçixa” qardaşları da”) və şair Talakvadzenin, çayçı Zardiaşvilinin və deputat Klistrate və Karlo Kopalianinin ümidinə qalıb. Yenə çox sayda mirvarilər var idi. Ümidimi itirmişəm, niyə məhz “Liverpul” və “Siti”nin oyunu vaxtına salıblar, qeyd idi, canlı yayım deyildi” – Roman Qotsiridze bildirib.

Print Email
FaceBook Twitter Google