Roman Qotsiridze İvanişvilinin müsahibəsi haqqında - Bu hamının arxasını çevirdiyi və gücünü itirdiyini hiss edən qorxmuş kişinin dərdləri idi
16:48 / 10.04.2019
Reallıq hissini itirən adam – öz küncünə
qapanıb və ölkənin problemini
Beselia-Qedi-Jorjoliani-Natsvlişvili-İvanişvili səviyyəsinə gətirib
çıxarıb
–
Bidzina İvanişvilinin dünənki bəyanatına “Milli Hərəkat”
fraksiyasının sədri Roman Qotsiridze belə münasibət bildirib.
Qotsiridzenin İPN-ə bildirdiyinə görə, İvanişvili demək olar ki,
iki saat ərzində dörd dəfə “Kapitan Qiqauri”, iki dəfədən çox Şalva
Şavqulidze və dəfələrlər Rusiyanı xatırlatdı. Dünən
ideallaşdırdıqlarını – Mağradze, Xuxaşvili və başqa sevimli
adamları, bu gün düşmən və “Milli Hərəkatın” göndərdikləri
adlandırdı. Murusidzeni ilahiləşdirir və hansısa Zardiaşvilini
möhtəşəm qiymətləndirir. Demə əhalinin gözünə görünür-göründüyü
kimi əhali elə də pis yaşamır. Məsələn, Anaklia layihəsi cəlb edici
deyil və gəlir sən demə 30-40 ildən sonra olacaq. İnvestora bunu
desən bu layihəyə kim əlini vurar. Qorxmuş kişinin dərdi, elə hiss
edir ki, hamının arxasını döndüyü hakimiyyəti itirir (“Qreçixa”
qardaşları da”) və şair Talakvadzenin, çayçı Zardiaşvilinin və
deputat Klistrate və Karlo Kopalianinin ümidinə qalıb. Yenə çox
sayda mirvarilər var idi. Ümidimi itirmişəm, niyə məhz “Liverpul”
və “Siti”nin oyunu vaxtına salıblar, qeyd idi, canlı yayım deyildi”
– Roman Qotsiridze bildirib.