Qia Xuxişvili - İvanişvili siyasi depressiyadadır
Bidzina İvanişvili Saakaşvilini maliyyələşdirəndə mənim başıma Saakaşvili daş yağdırırdı, mənim Saakaşvilini təriflədiyimi harada görüb, haradan tapıb bilmirəm – bu haqda ekspert Qia Xuxaşvili İPN-ə Gürcü Arzusunun sədri Bidzina İvanişvilinin müsahibəsini qiymətləndirərkən bildirib.

Onun sözlərinə görə, İvanişvilinin müsahibəsi qara-ağ foto neqativinə çox oxşayırdı.

“Bütün müsahibə boyunca ağı qara danışırdı və ya əksinə. Bulanıq reallıqda da deyil, ümumiyyətlə əks reallıqdadır. Onun müəyyən nostalgiyası var, siyasi depressiyadadır və istəyir ki, xalq onu sevsin. Mənim Saakaşvilini təriflədiyimi haradan oxuyub, harada görüb müəyyən deyil” – Xuxişvili bildirib.

İvanişvili tərəfindən Şalva Şavqulidzeni tənqid etməklə bağlı isə Xuxişvili qeyd edib ki, Şalva Şavqulidzeni az qala Qirqvlianiyə qarşı çalışan şəxs kimi qələmə verdi.

“Şavqulidze, Xuxişvili, Usupaşvili, Sanikidze “Milli Hərəkatın” müxalifətində idilər, indi inana bilərik?! – bu haqda Gürcü Arzusunun sədri Bidzina İvanişvili İmedinin efirində bildirib. İvanişvilinin sözlərinə görə, 2012-ci ildə o, hamını birləşdirib, ancaq zaman hər şeyi göstərdi.

Mənbə: İnterPressNews
Print