Sandra Rulovs - polsilərin bu işlərə qoşulması onlara məni qorxutmaq üçün lazımdır

Onlar sadəcə ki, mənim seçki kampaniyamın pozulmasında polislərin iştirak etməsinə etirazlarını bildirirdilər və reaksiya göstərilməsini tələb edirdilər

– bu haqda jurnalistlərə Sandra Rulovs “Milli Hərəkatın” üç üzvünün saxlanılmasını şərh edərkən bildirib.

Birləşmiş müxalifətin Zuqdidi merliyinə namizədinin sözlərinə görə, o, “saxlanılanların nə ilə ittiham olunduğunu başa düşmür”.

“Bütün gün əhali ilə görüşlərdə idik və bir maşın bizi təqib edirdi. İçində iki adam var idi. Biz onları qeydə aldıq, müəyyən etdik ki, kimlərdir. Maşının şəklini də çəkdim və məlum oldu ki, onlar polislərdir. Hüquq müahfizəçilərinə zəng vurduq və qanunsuz hərəkət edən bu iki nəfəri saxlamaq əvəzinə əhali ilə görüşməkdə bizə mane olurdular, bizi təxribatçı adlandırırdılar, bunun əvəzinə bizim üç adamımızı saxladılar. Onlar sadəcə buna etiraz edirdilər. Bu çox qəbuledilməz faktdır. Təxribatçıların və polislərin bu işə qoşulması məni qorxutmaq, terror, maneəçilik etmək üçün lazımdır. Çünki biz əhaliyə həqiqəti deyirik, biz xalqa inkişaf, qul olmaqdan azadlığa çıxmağı təklif edirik. Ölkə uçuruma getməmiş biz hərəkət etməliyik və Gürcüstanı azad etməyə Zuqdididən başlayırıq. Ona görə də biz qorxmuruq”, – Sandra Rulovs bildirib.

Bu gün Zuqdididə “Milli Hərəkatın” mətbuat xidmətinin rəhbəri Qiorqi Pataraia, partiya üzvləri Ani Tsitladze və Manuçar Çxedia saxlanılıb.

 

 

Print Email
FaceBook Twitter Google