Nikol Paşinyan - Azərbaycanla müzakirə üçün olduqca səmimi atmosfer yaratdıq
Azərbaycan prezidenti İlham Əliyevlə birbaşa, olduqca səmimi və konstruktiv söhbətimiz oldu – bu haqda Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurasının Parlament Assambleyasında çıxışı zamanı bildirib.

“Təəssüf ki, Qarabağ münaqişəsinin həlli mexanizmi ilə bağlı hələ ki, ortaq fikrə gələ bilməmişik. Amma müzakirə üçün səmimi atmosfer yaratmağımız çox yaxşıdır”, – Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında görüş bir az əvvəl Avstriyanın paytaxtı Vyanada baş tutub. Görüş demək olar ki, iki saat davam edib, geniş formatda isə danışıqlar 40 dəqiqə davam edib. Qeyd edilməlidir ki, bu Ermənistan və Azərbaycan liderlərinin ilk rəsmi görüşü idi.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google