Nikol Paşinyan - Azərbaycanla müzakirə üçün olduqca səmimi atmosfer yaratdıq
Azərbaycan prezidenti İlham Əliyevlə birbaşa,
olduqca səmimi və konstruktiv söhbətimiz oldu
– bu
haqda Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurasının
Parlament Assambleyasında çıxışı zamanı bildirib.
“Təəssüf ki, Qarabağ münaqişəsinin həlli mexanizmi ilə
bağlı hələ ki, ortaq fikrə gələ bilməmişik. Amma müzakirə üçün
səmimi atmosfer yaratmağımız çox yaxşıdır”, –
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti
İlham Əliyev arasında görüş bir az əvvəl Avstriyanın paytaxtı
Vyanada baş tutub. Görüş demək olar ki, iki saat davam edib, geniş
formatda isə danışıqlar 40 dəqiqə davam edib. Qeyd edilməlidir ki,
bu Ermənistan və Azərbaycan liderlərinin ilk rəsmi görüşü idi.