Zaur Darğallı əhaliyə vəd verib ki, hər bir ailənin üzvü olacaq
Bu gün, 13 apreldə Marneulinin Mədəniyyət Evinin ərazisində “Gürcü Arzusu” Marneuli merliyinə namizəd Zaur Darğallını rəsmi olaraq təqdim edib.
Bizimlə söhbət zamanı Darğallı bildirdi ki, Marneulinin inkişafına dəstək olacaq planları çoxdur.

“Hər bi kəndin və şəhərin inkişafına aid olan infrastruktur və eləcə də innovasiya ideyalarımız var.

Prosesə fəal şəkildə qoşulmuşuq və böyük ümidimiz var ki, medi avasitələri də seçki dövründə olan prosesləri fəal işıqlandıracaqlar” – Zaur Darğallı bildirib.
Zaur Darğallı əhaliyə çıxışı ilə müraciət etdi və Marneulinin gücləndirilməsinə və inkişafına dair vıd verdi.

“İllərdir həyata keçirilən layihələrin həyata keçirilməsini biz sürətləndirəcəyik və bunların hamısına bərabər davam edəcəyik. Söz verirəm ki, sizlərinə hər birinin ailə üzvü olacam” – Zaur Darğallı deyir.

Marneulidə merliyə namizəd “Gürcü Arzusu” partiyasına təşəkkür edib ki, gənc adama rayonun proseslərinə qoşulmaq imkanı veriblər” – Zaur Darğallı deyir.


Print