İrakli Garibaşvili Marneuli sakinlərinə xüsusi müraciət edib

Bu gün, 13 aprel tarixində “Gürcü Arzusu” Marneuli merliyinə namizəd Zaur Darğallını rəsmi olaraq təqdim etdi.

Təqdimatda Gürcüstanın baş naziri Mamuka Baxtadze, Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili və Gürcü Arzusunun siyasi katibi İrakli Garibaşvili də çıxış edib. Garibaşvili Marneuli sakinlərinə qarşı xüsusi münasibətini bildirdi və onlara dəstək olmağa vəd verdi.

Marneulini, bizim dəyərli xalqımızı salamlayıram. Mən sizin həqiqətən də layiq olduğunuz, şəxsi, bizim partiyamızın dəstək və hörmətini sizə çatdırmaq istəyirəm. Bizim əsas gücümüz birliyimizdir. Gürcüstan öz rəngarəngliyi, çox etnikliyi ilə fərqlənir və bizim gücümzü də məhz bundadır. Mən bu regionun və Marneuli əhalisinin qayğısına xüsusi olaraq qalmaq istəyirəm. Hamıya məlum və təsdiqlənmiş faktdır ki, bu bölgədə xüsusən əməkdar insanlar yaşayır. Mən inanıram ki, bizim hökumətin planlaşdırdığı proqram və layihələr bu bölgənin əhalisini xüsusən gücləndirəcək” – İrakli Garibaşvili bildirib.


Marneulidə növbədən kənar mer seçkilrəi 19 mayda keçiriləcək.
Print Email
FaceBook Twitter Google