İrakli Garibaşvili Marneuli sakinlərinə xüsusi müraciət edib
Bu gün, 13 aprel tarixində “Gürcü Arzusu” Marneuli merliyinə
namizəd Zaur Darğallını rəsmi olaraq təqdim etdi.
Təqdimatda Gürcüstanın baş naziri
Mamuka Baxtadze, Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi üzrə
dövlət naziri Ketevan Tsixelaşvili və Gürcü Arzusunun siyasi katibi
İrakli Garibaşvili də çıxış edib. Garibaşvili Marneuli sakinlərinə
qarşı xüsusi münasibətini bildirdi və onlara dəstək olmağa vəd
verdi.
“Marneulini, bizim dəyərli xalqımızı salamlayıram. Mən
sizin həqiqətən də layiq olduğunuz, şəxsi, bizim partiyamızın
dəstək və hörmətini sizə çatdırmaq istəyirəm. Bizim əsas gücümüz
birliyimizdir. Gürcüstan öz rəngarəngliyi, çox etnikliyi ilə
fərqlənir və bizim gücümzü də məhz bundadır. Mən bu regionun və
Marneuli əhalisinin qayğısına xüsusi olaraq qalmaq istəyirəm.
Hamıya məlum və təsdiqlənmiş faktdır ki, bu bölgədə xüsusən əməkdar
insanlar yaşayır. Mən inanıram ki, bizim hökumətin planlaşdırdığı
proqram və layihələr bu bölgənin əhalisini xüsusən
gücləndirəcək” – İrakli Garibaşvili bildirib.
Marneulidə növbədən kənar mer seçkilrəi 19 mayda
keçiriləcək.