სიახლე
Müxalifət iqtidar partiyasını dövlət resurslarından istifadə etməkdə ittiham edir
“Milli Hərəkat” iqtidar partiyasını seçkilər ərəfəsində dövlət resurslarından istifadədə ittiham edir. 13 aprel tarixində Marneuli Mədəniyyət Mərkəzi ərazisində “Gürcü Arzusu”nun Marneuli meri vəzifəsinə namizədi Zaur Darğallının rəsmi təqdimatı keçirilib.

İqtidar partiyasının namizədinin təqdimatında Marneulinin müxtəlif məktəblərinin direktorları və müəllimləri də iştirak edirdilər. Bələdiyyə Məclisinin “Milli Hərəkat” partiyasının üzvü olan deputatı Azad Kərimov görüşə gələn müəllimlər qrupunu video-qeydə alıb. O, video çəkdiyi zaman müəllimlərə hansı kənddən olduqlarını və bütün müəllimlərin gəlib-gəlmədiyini soruşub.

Videoda Keşəli məktəbinin müəllimlərindən biri deyir ki, qadınlı-kişili məktəbdəki bütün müəllimlər – ümumilikdə 24 müəllim gəlib.

Marneuli bələdiyyə məclisinin üzvü Azad Kərimov “Marneuli” radiosu ilə söhbəti zamanl bildirdi ki, Marneulinin resurs mərkəzinin tapşırığı ilə “Gürcü Arzusunun” merliyə namizədinin təqdimatına demək olar ki, Marneulinin bütün məktəblərindən müəllimlər gedib.

“Xalq onları dəstəkləmir. Bu onunla təsdiqini tapır ki, namizədin təqdimatında maksimum dərəcədə dövlət resurslarından istifadə ediblər. Bunun nümunələrindən biri Marneuli merinin təqdimatıdır ki, Kvemo Kartli miqyasında müəllimlər və şagirdləri Marneuliyə təqdimata gətiriblər” – Azad Kərimov deyir.

Kərimovun ittihamı ilə Keşəli ictimai məktəbinin direktoru Binəli Əliyev razılaşmır.

“Mənim tərəfimdən heç bir tapşırıq olmayıb. Mən işimdə və vəzifəmdə sərbəstəm və özümə caabdehəm” – məktəb müəlimlərinin merin təqdimatına getməsi ilə bağlı isə Binəli deyir ki, bu haqda məlumatı yoxdur, çünki 13 apreldə istirahət günü idi və onlar istədikləri yerə gedə bilərdilər.

Müxalifət partiyasının ittihamına eləcə də Marneuli resurs mərkəzinin rəhbəri Kənan Omarov etiraz edir – “Bu məsələ ilə bağlı heç yerdən tapşırıq yox idi və xahiş də edilməmişdi. Öz istəyi ilə kimsə iştirak etmək istəyibsə özü bilər, bizim məsələdən xəbərimiz yoxdur”.

Beynəlxalq Şəffaflıq Gürcüstanın baş hüquqşünası Qiqi Çixladze bizimlə söhbətində deyir ki, vəzifəsinə görə şəxsin seçki prosesinə və təbliğata qoşulmağa məcbur edilməsi Gürücstanın seçki məcəlləsi ilə qadağan edilib. Qeyd olunan halda isə məhz bu fakt nəzərə alına bilər, baxmayaraq ki, sübutlar yoxdur.

“Mühit və pis təcrübə bizi düşündürür ki, məhz belə məsələdir, ona görə ki, dövlət məmurları, büdcə təşkilarının əməkdaşları, təəssüf ki, illərdir artıq birbaşa və saxta məcburiyyətlə təbliğata qoşulurlar” – Qiqi Çixelidze deyir.

Beynəlxalq Şəffaflıq Gürcüstanın baş hüquqşünası eləcə də izah edir ki, müşahidəçi və ya beynəlxalq təşkilatın administraiv resursun istifadəsi ilə bağlı tövsiyyələri var ki, dövlət və partiya bölünsün və seçkiqabağı təbliğatda insan resursundan istifadə edilməsin. Ancaq qeyd olunan tövsiyyələrin ən yaxşı halda yalnız müəyyən hissəsi yerinə yetirilir.

FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər
გამოქვეყნდა იმ ფაკულტეტების სია, რომლებზე
სწავლას სახელმწიფო სრულად დააფინანსებს. საუბარია ე.წ. უფასო
ფაკულტეტებზე, რომლებსაც სახელმწიფო 2014 წლიდან
აფინანსებს.
გამოქვეყნდა იმ ფაკულტეტების სია, რომლებზე სწავლას სახელმწიფო სრულად დააფინანსებს. საუბარია ე.წ. უფასო ფაკულტეტებზე, რომლებსაც სახელმწიფო 2014 წლიდან აფინანსებს.
საქართველოს ფინანსთა სამინისტროს საგამოძიებო
სამსახურის თანამშრომლებმა, გატარებული ოპერატიულ
საქართველოს ფინანსთა სამინისტროს საგამოძიებო სამსახურის თანამშრომლებმა, გატარებული ოპერატიულ
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis
Departamentinin Tetricğaro Rayon İdarəsinin əməkdaşları
keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mal-qaranın
oğurlanmasında şübhəli bilinən 3 nəfəri
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Tetricğaro Rayon İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mal-qaranın oğurlanmasında şübhəli bilinən 3 nəfəri
შინაგან საქმეთა სამინისტროს ქვემო ქართლის
პოლიციის დეპარტამენტის თეთრიწყაროს რაიონული სამმართველოს
თანამშრომლებმა,
შინაგან საქმეთა სამინისტროს ქვემო ქართლის პოლიციის დეპარტამენტის თეთრიწყაროს რაიონული სამმართველოს თანამშრომლებმა,
Gürcüstan Təhsil Nazirliyi müəllim olmaq
istəyənlər üçün avqustun sonunda müsabiqə elan
edəcək.
Gürcüstan Təhsil Nazirliyi müəllim olmaq istəyənlər üçün avqustun sonunda müsabiqə elan edəcək.
განათლების სამინისტრო მასწავლებლობის მსურველთათვის აგვისტოს ბოლოდან
კონკურსს გამოაცხადებს.
განათლების სამინისტრო მასწავლებლობის მსურველთათვის აგვისტოს ბოლოდან კონკურსს გამოაცხადებს.
Tbilisinin David
Ağmaşenebeli dərəsinin 9-cu kilometrliyində yol-nəqliyyat hadisəsi
baş verib.
Tbilisinin David Ağmaşenebeli dərəsinin 9-cu kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
თბილისში, დავით აღმაშენებლის ხეივნის მეცხრე
კილომეტრზე ავტოსაგზაო შემთხვევა მოხდა,
თბილისში, დავით აღმაშენებლის ხეივნის მეცხრე კილომეტრზე ავტოსაგზაო შემთხვევა მოხდა,