DİN-in məlumatına görə 2018-ci ildə yol nəqliyyat hadisəsi zamanı 459 nəfər vəfat edib, son 10 il ərzində qəzalar nəticəsində 6 608 nəfər dünyasını dəyişib
Yalnız 2018-ci ildə yol nəqliyyat hadisəsində 459 nəfər həyatını itirib. Son 10 il ərzində isə qəza nəticəsində Gürcüstanda 6 608 nəfər dünyasını dəyişib və 85 946 nəfərin sağlamlığına zərər dəyib – bu haqda məlumatı DİN yayımlayıb.

DİN yol təhlükəsizliyi baxımıdan mövcud olan vəziyyətin analizini, 2019-cu ilin sonuna qədər həyata keçiriləcək fəaliyyət planını və “yaşamaq üçün daha artığı” sosial kampaniyanı təqdim edib.

Tədbiri Dİ naziri Giorgi Qaxaria açıb, Dİ nazirinin müavini Nino Cavaxadze isə ictimaiyyətə təqdimat edib. Tədbirdə Regional İnkişaf və İnfrastruktur naziri Maia Tsikitişvili, Tbilisinin meri Kaxa Kaladze, icraçı və qanunverici hakimiyyətin başqa nümayəndələri, eləcə də QHT və beynəlxalq təşkilatlar və biznes nümayəndələri iştirak edirdilər.

Daha konkret, tədbirdə yol təhlükəsizliyi baxımından olan vəziyyətin analizi və həyata keçiriləcək tədbirlər təqdim olunub. Təqdim olunan analizə əsasən, yalnız 2018-ci ildə yol nəliyyat hadisələri zamanı 459 nəfər həyatını itirib, son 10 il ərzində isə Gürcüstanda qəza nəticəsində 6 608 nəfər dünyasını dəyişib və 85 946 nəfərin sağlamlığına zərər dəyib.

Qeyd edilməlidir ki, DİN bu problelə mübarizə aparmaq üçün 2018-ci ildə milli video-nəzarət sistemini yeniləməyə başladı. 2017-ci ilin sonunda ölkə miqyasında 170 kamera çalışırdısa, artıq 2600-dən artıq kamera çalışır və yol hərəkət qaydalarının pozulması faktlarını qeydə alırlar. Bundan əlavə nazirlik yol nəqliyyat hadisələrinin qeydə alınmasının modernizasiyasına başlayıb və qanunvericilik təşəbbüsləri, həmçinin, narkotik təsir altında olan avtomobil idarəsi kriminalizasiyasını həyata keçirib. Eləcə də müəssisə tərəfindən bütün patrul-müfəttişlər çiyin kameraları ilə təmin olunublar və kameralar sürücü və ptrul polisinin ünsiyyətini tamamilə qeydə alır.

DİN tərəfindən həyata keçirilən qeyd olunan tədbirlərdən sonra müəyyən pozitiv nəticələr alındı və 2018-ci ildə yol nəqliyyat hadisələri zamanı dünyasını dəyişən şəxslərin sayı 11% azalıb. Eləcə də sürəti aşma hallarının faiz göstəricisi də azalıb.

Təqdimatda qeyd olunduğuna görə DİN yol təhlükəsizliyini təmin etmək üçün davamlı aktivlikləri gələcəkdə də planlaşdırır. Müəssisə tərəfindən 2019-cu ilin sonuna qədər Gürcüstanın bütün ərazisində 5000-ə qədər video kamera qüvvəyə minəcək, onlardan 2100 ağıllı video kamera olacaq, avtomobil yolunun 700 km-ə qədər hissəsi sürəti ölçən qurğularla əhatə olunacaq.

İlin sonuna qədər eləcə də gizli patrullaşdırmanı həyata keçirən ekipajların sayı artacaq və onlar Gürcüstanın əsas şəhərlərində hərəkət edəcəklər və yol hərəkət qaydalarını pozan sürücülərə müvafiq sanskiyalar təyin edəcəklər.

DİN-in məlumatına görə DİN innovsiyalı, avtomobilin nömrəsi ilə tanıyan mobil sistem yaradır və bu patrul polis ekipajına imkan yaradacaq ki, yerində müxtəlif kateqoriya riski olan sürücüləri aşkarlasın və aradan qaldırma xarakteri daşıyan polis hərəkətləri çərçivəsində onları yoxlasın.

Bundan əlavə məhz qeyd olunan 2019-cu ilin fəaliyyət planı çərçivəsində yol təhlükəsizliyini təmin etmək üçün inzibati xətalar məcəlləsinə lazımi qanunvericilik dəyişikliklərinin daxil edilməsini nəzərdə tutur.
Dİ naziri Giorgi Qaxariyanın qeyd etdiyinə görə yol təhlükəsizliyinin təmin edilməsi prosesində xüsusilə cəmiyyətin qoşulması və məlumatlandırılma vacibdir.

“Yaşamaq üçün daha artığı” sosial kampaniya bir neçə gün əvvəl başlayıb. Kampaniya çərçivəsində Tbilisi və regionlarda yarasız avtomobillərin müvəqqəti instalyasiyası montaj edilib, lövhələr yerləşdirili və müvafiq video çarxlar hazırlanıb. Eləcə də veb-səhifə formore.life və facebook səhifəsi yaradılıb, orada kampaniya çərçivəsində planlaşdırılan bütün yeniliklər yerləşdiriləcək. Sosial kampaniyanın məqsədi odur ki, hər bir vətəndaş bir daha düşünsün ki, yol hərəkət qaydalarını pozmaq hansı nəticələrə səbəb ola bilər.

Mənbə: Netgazeti
Print