Kipr Gürcüstanı təhlükəsiz ölkə olaraq tanıyıb

Kipr Gürcüstanı təhlükəsiz ölkə olaraq tanıyıb.

Bu haqda Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstanda səfərdə olan Kipr prezidenti ilə birgə baş tutan mətbuat konfransında bildirib.

Salome Zurabişvili Kiprli həmkarı ilə keçirilən görüşdə müzakirə olunan məsələlərdən danışıb və qeyd edib ki, əsas müzakirə edilən məsələlərdən biri miqrasiya olub.

“Miqrasiya haqqında danışdır. Bu bizim ən ciddi istiqamətlərimizdən biridir və Avropa İttifaqı tərəfdaşlarının tələbidir. Kipr tərəfi hazırdır ki, bu istiqamətdə bizim ölkələr arasında razılaşma baş tutsun. Kiprin Gürcüstanın təhlükəsiz ölkə olaraq tanıması xüsusi faktdır və bu haqda bu gün deyildi. Ümumiyyətlə Gürücstanda daha çox Avropa, Avropada daha çox Gürcüstan - yolunda Avropa İttifaqında əsas tərəfdaş kimi Kiprin öz təcrübəsini bölüşməsi əhəmiyyətlidir” – Salome Zurabişvili bildirib.

Mənbə: İnterPressNews

 

Print