Natia Turnava iqtisadiyyat naziri olaraq təyin olunub
Natia Turnava iqtisadiyyat naziri olaraq təyin
olunub. Baş nazirin müvafiq sərəncamı artıq hökumət veb-səhifəsində
yayımlanıb.
Kobulia vəzifəsini öz istəyi ilə tərk eidb yoxsa onu vəzifədən azad
ediblər sualına hökumət administrasiyası rəhbəri Kaxi Kaxişvili
aydın cavab verməyib və bildirib ki, kadr dəyişikliyi Kobuliaynın
özü, Natia Turnava və çoxluq liderləri ilə razılaşıldı.
Nazir olana qədər Natia Turnava İqtisadiyyat və Davamlı İnkişaf
nazirinin müavini idi.