Mixeil Saakaşvili – Poroşenko prezident olduğu müddətcə sərhəd xidmətindən başqa cavab gözləmirdim də - heç nə olmaz bir az yenə dözərəm
19:32 / 23.04.2019
Gürcüstanın keçmiş prezidenti Mixeil
Saakaşvili Ukrayna Sərhəd Xidmətinin bəyanatına rəy
bildirib.
Bəyanatda qeyd olunub ki, Mixei Saakaşvilinin
Ukraynaya daxil olması 2021-ci ilə qədər qadağan olunub.
Xatırladaq ki, Ukraynanın prezident seçkilərinin ikinci turundan
Vladimer Zelenski qalib gəldikdən sonra Mixeil Saakaşvili Ukraynaya
qayıtması ilə bağlı hazır olduğunu bildirdi.
“Poroşenko prezident olduğu müddətcə Sərhəd Xidmətindən başqa cavab
gözləmirdim də. Heç nə olmaz bu qədər gözləntidən sonra bir az yenə
dözərəm” – Mixeil Saakaşvili öz Facebook səhifəsində
yazıb.
Dünən Ukrayna Sərhəd Xidmətindən bildiriblər ki, Ukraynaya
qayıtması haqqında danışan Mixeil Saakaşvilinin ölkəyə qanuni
şəkildə daxil olması üçün əsası yoxdur.
“2017-ci ilin sentyabrında o, Polşada dövlət sərhəddini
qanunsuz keçib. Qeyd olunan yerli və appelasiya məhkəmələrinin
hökmü təsdiqlənib. Törədilmiş qanun pozuntusuna görə ona
Ukraynaya daxil olmaqla bağlı 2021-ci ilə qədər məhdudiyyətlər
təyin olunub” – bəyanatda bildirilir.