Müxalifət prezidenti parlamentdə etirazla qarşılayıb
Gürcüstan parlamentində Avropa Şurasına üzvlüyün 20 illik yubileyinə həsr olunmuş təntənəli iclasda parlament müxalifətinin bir hissəsi prezident Salome Zurabişvilini etirazla qarşılayıb. İclasda Avropa Şurasının Parlament Assambleyasının (PACE) prezidenti Lilian Mori Paskie və Gürcüstanın baş naziri Mamuka Baxtadze də iştirak edib.

Həmkarlarından fəqrli olaraq “Avropalı Gürcüstanın” və “Milli Hərəkatın” deputatları iclas zalına daxil olan prezidenti ayaqda alqışlarla qarşılamayıb.

“Salome Zurabişvili rezidensiyaya azad və demokratik seçkilər nəticəsində daxil olmayıb. Çox ciddi səslərin alınması, təsirlər baş verdi. Bu demokratiyanın geri çevrilməsi və eroziyası idi. Bunu bütün beynəlxalq təşkilatlar qeyd edir və baş verənlər bunun təsviri idi” – Serqo Ratiani bildirirb.

Mənbə: Netgazeti
Print