“Gənc Hüquqşünaslar
Assosiasiyası” tərəfindən yayımlanan tədqiqatda keçmiş baş-nazir
tərəfindən seçkilərin “alınması” ilə bağlı söhbət gedir və
Tbilisinin meri buna rəy bildirib.
Bu məsələ ilə bağlı jurnalistlərin verdiyi suala Kaxa Kaladze
ironiya ilə cavab verib: “Bidzina İvanişvilinin həyata keçirdiyi
bütün xeyriyyə tədbirləri seçkilərin alınması idi”.
“Bəli, mən hesab edirəm ki, həqiqətən də seçkilərin alınması idi.
Bidzina İvanişvilinin həyata keçirdiyi bütün xeyriyyə tədbirlərinin
hamısı seçkilərin alınması idi. Düşünürəm ki, Bidzina İvanişvilinin
bütün həyatı boyunca etdiyi xeyriyyə tədbirlərinin hamısı
partiyanın alqı-satqısı idi” – Kaxa Kaladze bildirib.
“Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası”nın seçki məlumat
bülletenində 2019-cu ilin 19 mayında aralıq/növbədən kənar
seçkilərin monitorinqinin nəticələri təqdim olunub və orada “Gürcü
Arzusu-Demokratik Gürcüstan” tərəfindən seçicilərin gümnla alınması
haqqında söhbət aparılır.
SAİA-nın yayımladığı materialda “Gürcü Arzusu” partiyasının sədri
Bidzina İvanişvili tərəfindən seçicinin alınması ilə bağlı ehtimal
olunan hallar ayrılıb. Konkret olaraq,oxşar fakt kimi SAİA
İvanişvili tərəfindən 11 apreldə Patriarxa “Kartu” Fondu tərəfindən
Sameba kilsəsinin boyamasının tam maliyyələşdirilməsi faktını hesab
edib.
QHT ikinci belə hal olaraq İvanişvili tərəfindən 29 martda Xibula
kəndində yerli əhaliyə qazla təmin olunma və su probleminin həll
olunması vədinin verilməsini qeyd edib.