Müxalifət işıqların söndürüləcəyini deyir, "Energo Pro" isə bu məlumatı təkzib edir

Marneuli sakinlərinin bir qismi işıqların sönəcəyi ilə bağlı qısa mesaj alıblar. “Energo-Pro” şirkətindən bu barədə məlumatı “Marneuli” radiosuna təsdiq etməyiblər.




“19 may tarixində seçkilər keçirildiyinə görə, planlaşdırılmış təmir işləri aparılmayacaq, müvafiq olaraq işıqlar sönməyəcək.”


Qeyd edək ki, Marneulidə mer vəzifəsinə növbədənkənar seçkilərlə bağlı olaraq “Vahid Milli Hərəkat” brifinq keçirdi və həmin brifinqdə partiyanın liderlərindən Zurab Melikişvili qeyd etdi ki, iqtidar partiyası müəyyən məntəqələrdə işıqları söndürür ki, seçki məntəqələrində quraşdırılmış kameralar işləməsin və “Gürcü Arzusu” karusel həyata keçirsin.

 

Print Email
FaceBook Twitter Google