Marneulinin N2 seçki məntəqəsində səs-küy
Marneulinin N85 seçki məntəqəsində vəziyyət gərginləşib. Məntəqə N5 ictimai məktəbin ərazisində yerləşir. Seçki məntəqəsinin komissiyası “VMH-Birləşmiş Müxalifət”in müşahidəçisini məntəqədən çıxarıb.

Tamar Metreveli məntəqəd baş vermis pozuntudan səhərdən danışır. O, səs vermək üçün gələn seçiciyə kimə səs verəcəyini demək və seçki komissiyasının sədri tərəfindən seçki məntəqsini tez-tez tərk etmək faktına, eləcə də divarın yanına düzgün qoyulmayn masalara etirazını bildirib.

Müşahidəçi masaların çəkilməsini tələb edirmiş, ancaq komissiya üzvləri şikayətə bəraət qazandırmayıblar. Masaları müvəqqəti olaraq məntəqəyə seçki dairə komissiyasının nümayəndəsi gələndə çəkiblər. Tamar bildirir ki, ona “nömrələmiş adamların qeydə alınması” haqqında şikayət yazmağa imkan verməyiblər.

“Axırda elə oldu ki, komissiya üzvü dəhlizə çıxmağı xahiş etdi, pis olmuşam dedi. Bir az sonra geri gəlmədi və mən çıxdım və həmin adam məntəqənin hasarından kənarda telefonla danışırdı. Dedim ki, 112-ni çağırım, dedi lazım deyil. Şikayət yazmağı tələb etdik və nəticədə məntəqənin katibi aqressiv şəkildə dedi ki, yazmağa qoymayacaq və məni məntəqədn çıxarmaqla bağlı şikayət yazacaq. Məni məntəqədən çıxarana qədər şikayət forması vermişdi” – Tamar Metreveli deyir.

“VMH-Birləşmiş Müxalifət”in qovulmuş müşahidəçisi məntəqəyə polis ə dairə komissiyasının nümayəndələri gedən zaman çıxıb. O, bilmir Marneulinin Seçki-dairə komissiyası müzakirə aparacaq yoxsa yox.

Bu Marneulidə növbədənkənar mer seçkilərdə “VMH-Birləşmiş Müxalifət”in müşahidəçisinin məntəqədən çıxarılması ilə bağlı səkkizinci haldır.

19 mayda MArneulidə növbədənkənar mer seçkiləri keçirilir.
Print Email
FaceBook Twitter Google