"Biz seçkilərin gedişi zamanı Marneulidə daha ağır vəziyyətlərin şahidi oluruq" – Qivi Tarqamadze
“Əlbəttə, biz seçkilərin gedişi zamanı Marneulidə daha ağır vəziyyətlərin şahidi oluruq. Bu gün elə də gərginlik olmadı. Zuqdidi ilə müqayisə edə bilmərəm, lakin Zuqdidi ölkədə seçkilərin keçirilməsi üçün ölçü ola bilməz”, – bu bəyanatı müxalifətin nümayəndəsi Qivi Tarqamadze Marneulidə növbədənkənar mer seçkiləri başa çatandan sonra verib. Onun dediyinə görə, Marneulidə seçkilər zamanı qarşılaşılan əsas problemlər aradan qaldırılmalıdır.



“Təəssüf ki, əsas problem qalmaqda davam edir. Bu seçkidən öncəki günlərdə pul paylanmasından əlavə meriyanın tabeliyində olan təşkilatların nümayəndələrindən daim istifadə olunmasıdır. Belə halda praktiki olaraq insanların ciblərindən çıxan pulla qeyri-siyasi fiqurlar hakim qüvvənin qalibiyyəti üçün çalışır. Əlbəttə, qorxutma və şantaj da var ki, qeyri-bərabər şərtlərdən irəli gəlir”, – Tarqamadze deyir.



Marneulidə növbədənkənar mer seçkilərində 15 namizəd mübarizə aparırdı. Dairə seçki komissiyasının sədrinin dediyinə görə, bütün məntəqələr vaxtında bağlanıb. Seçkilərdə 99 717 seçicidən 35 714 nəfər səs verib.
Print Email
FaceBook Twitter Google