“Gürcü Arzusu”nun Marneuli meri vəzifəsinə namizədi Zaur Darğallı
öz “Facebook” səhifəsindən Marneulililərə təşəkkür edib.
MSK-nın rəsmi səhifəsində hələ heç bir məlumatın paylaşılmamasına
baxmayaraq, Darğallı qalib gəldiyini hesab edir.
Marneulidə növbədənkənar mer seçkilərində 15 namizəd mübarizə
aparırdı. Dairə seçki komissiyasının sədrinin dediyinə görə, bütün
məntəqələr vaxtında bağlanıb. Seçkilərdə 99 717 seçicidən 35 714
nəfər səs verib ki, bu da ümumi seçicilərin 35,82% deməkdir.
22 saylı Dairə Seçki Komissiyasına 22 şikayət ərizəsi daxil olub.