Marneulidə bülletenlərin sayılması zamanı bor beçə dəqiqəlil işıqlar sönüb

Marneulidə 19 may saat 20:00-da elektrik enerjisi 4 dəqiqəlil sönüb. Bu gün Marneulidə növbədənkənar mer seçkiləri keçirildi.



Seçki məntəqələri yarım saat əvvəl, saat 20:00-da bağlandı və seçki komissiyaları bülletenləri saymağa başladılar.

"VMH-Birləşmiş Müxalifətin" liderlərindən biri Zurab Melikişvili bu gün bildirib ki, hakimiyyət işığı söndürməyi planlaşdırırdı ki, "karuseli fırlatsın". İşığın məhdudiyyətli verilməsi haqqında Marneuli sakinlərinin bir hissəsi mesaj alıb.

"Energo-Pro-Georgia" Marneuli Radiosuna bildirib ki, bu gün işıqlar sönməyəcəkdi.

2019-cu ilin 19 mayında Marneulidə növbədənkənar mer seçkiləri keçirildi.


 

Print Email
FaceBook Twitter Google