Algeti üzümçülük sovxozunda yerləşən 39 saylı məntəqədə səslərin sayılması prosesi 4 dəfə təkrarlanıb
“Xristian konservatorlar”ın müşahidəçisi Zurab Murvanidzenin dediyinə görə, səslərin sayılması zamanı seçki bülletenləri ilə qeydiyyatdan keçmiş seçicilərin sayı ilə uyğun gəlməyib.



Məntəqə bağlanan zaman qarşıdurma baş verib. “Vahid Milli Hərəkat”ın nümayəndələri səsvermədə iştirak etmiş seçicilərlə bülletenlərin sayı uyğunlaşdırılanadək seçki qutusunun açılmamasını tələb ediblər. Məntəqə seçki komissiyası bu tələbi nəzərə almayıb və bu da qarşıdurmaya səbəb olub.



Hal-hazırda 39 saylı məntəqədə səslərin sayılması davam edir.









Print Email
FaceBook Twitter Google