Vladimer Zelenski Mixeil Saakaşvilinin Ukrayna vətəndaşlığını qaytarıb
Ukraynanın yeni seçilmiş
prezidenti Vladimer Zelenski Odessanın keçmiş qubernatoru və
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşviliyə Ukrayna
vətəndaşlığını qaytarıb. Bu haqda Ukrayna prezidentinin
veb-saytında məlumat yayımlanıb.
22 mayda Mixeil Saakaşvili Vladimer Zelenskiyə məktubla müraciət
edib və Ukrayna vətəndaşlığını qaytarmağı istəyib. Məktubda
vətəndaşlığın alınması qərarını Saakaşvili “qanunsuz” adlandırıb.
Çünki onun sözlərinə görə, Ukrayna konstitusiyası mövcud metodla
vətəndaşlığın alınmasını qadağan edir. Saakaşvilinin bəyanatına
görə, beynəlxalq hüquqla insanın vətəndaşlıqdan kənar qoyulması
yolverilməzdir.
Mixeil Saakaşvili Ukrayna przidentinin qərarına öz facebook
səhifəsində rəy bildirib:
“Prezident Zelenski çox sağ ol, yaşasın Ukrayna”, - Saakaşvili
yazır.
Ukrayna prezident seçkilərinin birinci turu zamanı Vladimer
Zelenski Gürcüstanın İctimai Yayımçısının jurnalistinin sualına
cavab olaraq deyib ki, Mixeil Saakaşvili ciddi diplomatdır, onun
Ukrayna vətəndaşlığı alınıbsa geri qaytarılmalıdır.
Mixeil Saakaşvilinin Ukraynda işi Ukraynanın hüquq mühafizə
orqanları Mixeil Saakaşvili ilə biznesmen Sergey Kurçenkodan yarım
milyon dollar almaqda mübahisə edirlər.
İstintaq hesab edirdi ki, Saakaşvili bu məbləğdən etiraz
aksiyalarını planlaşdırmaq üçün istifadə edib.
2018-ci ilin 12 fevralında Saakaşvili Ukraynada, restoranda
saxlanılıb. Ukraynanın sərhəd xidməti məlumat yayıb ki, onu
readmissiya prinsipi ilə Polşaya qaytaracaqdılar, həmin ölkədən o,
Ukraynaya daxil olmuşdu.
Saakaşvilinin sözlərinə görə, onu Ukrayna hüquq orqanları güc
tətbiq edərək təyyarəyə mindiriblər və elə Polşaya göndəriblər.
Sonradan Saakaşvili Polşadan Hollandiyaya keçib. Orada vətəndaşlıq
və Avropa İttifaqı ölkələrində yaşamaq və çalışmaq hüququ
qazanıb.
Ukraynaya daxil olmaq Saakaşviliyə 2021-ci ilin 13 fevralına qədər
qadağan olunmuşdu.