DİN səhər onlarla adamı həbs edib
DİN bu gün, 21 iyun tarixində səhər saatlarında onlarla adamı həbs edib. Hələ ki saxlanılanların dəqiq sayı barədə DİN-dən məlumat vermirlər. Aksiya iştirakçılarını gecə baş tutan etiraz aksiyasında da saxlayıblar. Hələ də adamları hansı maddəyə əsasən həbs etdikləri məlum deyil.

Parlament qarşısında etiraz aksiyası ötən gün, 20 iyun tarixində başlayıb və hakimiyyət onu güc tətbiq etməklə dağıdıb. Polis tərəfindən güc tətbiq edilməsi nəticəsində onlarla adam xəsarət alıb.

Hər şey Daxili İşlər Naziri Giorgi Qaxariyanın, Parlament sədri İrakli Kobaxidze və DTX-nın rəhbəri Vaxtanq Qomelaurinin istefası tələb edildikdən sonra başlayıb. Qeyd olunan aksiyanın səbəbi Rusiyalı deputatın Gürcüstana səfəri olub.

Rusiya Dumasının deputatı Sergey Qavrilov başqa ölkə deputatları ilə birgə Tbilisidə Parlamentlərarası Baş Assambleyanın 26-cı sessiyasında iştirak etmək üçün gəlib. O,  Parlament sədrinin kürsüsünə əyləşərək assambleyanın açılışını edib. Qeyd olunan fakt cəmiyyətin və Parlament müxalifətinin etirazına səbəb olub.


Print Email
FaceBook Twitter Google