DİN səhər onlarla adamı həbs edib
DİN bu gün, 21
iyun tarixində səhər saatlarında onlarla adamı həbs edib.
Hələ ki
saxlanılanların dəqiq sayı barədə DİN-dən məlumat
vermirlər.
Aksiya iştirakçılarını gecə baş tutan etiraz
aksiyasında da saxlayıblar. Hələ də adamları hansı maddəyə əsasən
həbs etdikləri məlum deyil.
Parlament
qarşısında etiraz aksiyası ötən gün, 20 iyun tarixində
başlayıb və hakimiyyət onu güc tətbiq etməklə dağıdıb. Polis
tərəfindən güc tətbiq edilməsi nəticəsində onlarla adam xəsarət
alıb.
Hər şey Daxili İşlər Naziri Giorgi Qaxariyanın, Parlament sədri
İrakli Kobaxidze və DTX-nın rəhbəri Vaxtanq Qomelaurinin istefası
tələb edildikdən sonra başlayıb. Qeyd olunan aksiyanın səbəbi
Rusiyalı deputatın Gürcüstana səfəri olub.
Rusiya Dumasının deputatı Sergey Qavrilov başqa ölkə deputatları
ilə birgə Tbilisidə Parlamentlərarası Baş Assambleyanın 26-cı
sessiyasında iştirak etmək üçün gəlib. O, Parlament sədrinin
kürsüsünə əyləşərək assambleyanın açılışını
edib. Qeyd olunan fakt cəmiyyətin və Parlament müxalifətinin
etirazına səbəb olub.