Xazaradze: Gürcüstanın müstəqilliyi üçün ictimai hərəkat yaratmağa qərar verdim

TBC Bankın təsisçisi Mamuka Xazaradze ictimai hərəkat yaradır. Bu haqda o, 9 iyulda bəyanat verib:
“Ölkədə son zamanlar baş verən proseslər təəccüblü şəkilə düşür. Bizim cəmiyyətin qarşıdurması üçün məqsədyönlü proseslər aydındır.


20 iyunda, gecə bizim layiqli və azad gənclərimiz səmimi və cəsarətli şəkildə işğala və zorakılığa qarşı etiraz etdilər. Bu etiraz sonsuz, tarixi prosesdir və bizim ölkənin müstəqilliyi üçün mübarizənin davam etməsidir.
Əgər bu ölkənin vətəndaşısansa, əgər ona ürəyin yanırsa, bunların hamısına kənardan baxa bilməzsən, enerjini, vaxtını, işini, ən önəmli olanını vətənin firavanlığına, onun azadlığına sərf etməyə bilməzsən. Bu anlayışdan kənar insanın var olmasının dəyəri də yoxdur.
Məhz bu gün sağlam, tərəqqili və qərb cəmiyyətinin konsolidasiyası və birliyi lazımdır. Çünki aydındır ki, mövcud vəziyyətə nəzarət və vətəndaşların sakitləşməsinə nail olmaq yalnız hakimiyyətin və ya siyasi partiyaların gücü ilə praktiki olaraq mümkün olmur.

Cari proseslərə cəmiyyətin fəal qoşulmasına ehtiyac var və ona görə də məqsədyönlü şəkildə hesab edirəm ki, yeni ictimai hərəkat yaradılsın, orada müxtəlif sahə nümayəndələri birləşəcək. Gürcüstanda müasir qərb dövləti qurmaq ideyasının birləşdirdiyi şəxslər birləşəcək. Birdəfəlik bir-birinə qarşı müxtəlif müxtəlif yarlıqların əssasız vurulması dayandırılmalıdır və hamımımız mülki sakitlik ideyası ətrafında birləşməliyik.

Yuxarıda qeyd olunandan dolayı qərar qəbul etdim ki, dostlarımla və həmfikirlərimlə, müxtəlif sahə peşəkarları ilə birgə sentyabrda ictimai hərəkat təsis edim. Hərəkatın məqsədi ölkənin birləşməsi və onun müstəqilliyinin və azadlığının qorunması olacaq.
Yaşasın vahid və azad Gürcüstan!
Allah bizim ölkəni qorusun” – Mamuka Xazaradze bildirir.
Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google