TBC Bankın təsisçisi Mamuka Xazaradze ictimai
hərəkat yaradır. Bu haqda o, 9 iyulda bəyanat verib:
“Ölkədə son zamanlar baş verən proseslər təəccüblü şəkilə düşür.
Bizim cəmiyyətin qarşıdurması üçün məqsədyönlü proseslər
aydındır.
20 iyunda, gecə bizim layiqli və azad gənclərimiz səmimi və
cəsarətli şəkildə işğala və zorakılığa qarşı etiraz etdilər. Bu
etiraz sonsuz, tarixi prosesdir və bizim ölkənin müstəqilliyi üçün
mübarizənin davam etməsidir.
Əgər bu ölkənin vətəndaşısansa, əgər ona ürəyin yanırsa, bunların
hamısına kənardan baxa bilməzsən, enerjini, vaxtını, işini, ən
önəmli olanını vətənin firavanlığına, onun azadlığına sərf etməyə
bilməzsən. Bu anlayışdan kənar insanın var olmasının dəyəri də
yoxdur.
Məhz bu gün sağlam, tərəqqili və qərb cəmiyyətinin konsolidasiyası
və birliyi lazımdır. Çünki aydındır ki, mövcud vəziyyətə nəzarət və
vətəndaşların sakitləşməsinə nail olmaq yalnız hakimiyyətin və ya
siyasi partiyaların gücü ilə praktiki olaraq mümkün olmur.
Cari proseslərə cəmiyyətin fəal qoşulmasına ehtiyac var və ona görə
də məqsədyönlü şəkildə hesab edirəm ki, yeni ictimai hərəkat
yaradılsın, orada müxtəlif sahə nümayəndələri birləşəcək.
Gürcüstanda müasir qərb dövləti qurmaq ideyasının birləşdirdiyi
şəxslər birləşəcək. Birdəfəlik bir-birinə qarşı müxtəlif müxtəlif
yarlıqların əssasız vurulması dayandırılmalıdır və hamımımız mülki
sakitlik ideyası ətrafında birləşməliyik.
Yuxarıda qeyd olunandan dolayı qərar qəbul etdim ki, dostlarımla və
həmfikirlərimlə, müxtəlif sahə peşəkarları ilə birgə sentyabrda
ictimai hərəkat təsis edim. Hərəkatın məqsədi ölkənin birləşməsi və
onun müstəqilliyinin və azadlığının qorunması olacaq.
Yaşasın vahid və azad Gürcüstan!
Allah bizim ölkəni qorusun” – Mamuka Xazaradze
bildirir.