Rusiyanın Kommunist partiyası
Rusiyada bütün xəngəl bişən məkanların pilmen məkanı adlandırılması
təşəbbüsü ilə “Rospotrebnadzor”-a müraciət edib.
Partiya sədri Yaroslav Sidorov bildirib ki, “Gürcüstanda yaradılan
isteriyadan sonra ən ağır cavab ölçüləri götürülməlidir”. Onun
sözlərinə görə “rus cəmiyyətindı Gürcüstana qarşı son illərdə
müəyyən liberal yanaşma yaranır”.
“Gürcüstanda istirahət etməyi təklif edirlər, hər yerdə gürcü
mətbəxidir. Bu siyasi baxımdan düzgün deyil. Bu Rusiyanın
səviyyəsini aşağı endirir. Tüpürürlər biz isə təmizləyirik”.
Müvafiq olaraq kommunist partiyası ölkəyə bütün xəngəl hazırlanan
məkanların pilmen məkanı olaraq adlandırılmasını təklif edib.
Sidorovun bəyanatına görə dəyişikliklər “Xaçapuriyə” də aid
olacaq.
“Bu adi rus “pışka”sı və qutabdır. Xaçapuriyə də hər yerdə “Pışka”
yazmalıyıq”.
Partiya ümid edir ki, onların təşəbbüsü həyata keçiriləcək.
Rusiyanın iqtidar partiyası “Yeganə Rusiya” qanunvericilik orqanına
Gürcüstandan şərab və mineral suyun qadağan olunması təşəbbüsünü
irəli sürür.
Mənbə:
Netgazeti