Putinin sözlərinə görə o, Gürcüstana sanksiyaların təyin olunmasına qarşıdır
“Mən gürcü xalqına olan hörmətimə görə bunu etməzdim” – “Ria Novosti”nin məlumatına görə bu haqda Rusiya prezidenti Vladimer Putin Gürcüstana sanksiyalar təyin edilməsi məsələsi ilə bağlı bildirib.

Rusiya Duması Gürcüstana qarşı sanksiyalar haqqında bəyənatı qəbul edib. Ria Novostinin məlumatına əsasən, Dövlət Duması hakimiyyətə Gürcüstana qarşı sanksiyalardan istifadə olunmasının məqsədyönlülüyünü yeniləməklə bağlı məsləhətlə müraciət edib.

Bəyanatda deyilib ki, sanksiyalar şərab və qazlı suyun verilməsinə, eləcə də maddi və xarici ticarət əməliyyatlarına, turistik işlərə və.s. aid ola bilər. Agentliyin məlumatına görə, bu bəyanatı qəbul etməyin səbəbi ikitərəfli münasibətlərin pisləşməsinə səbəb olan “Rusiyaya qarşı təxribatlar”dır.

Qeyd edilməlidir ki, Putin artıq Gürcüstana turistik sanksiyalar qoyub. 8 iyuldan ölkələr arasında birbaşa uçuşlar məhz onun sərəncamı əsasında dayandırılıb.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google