Məhbusları əfv etdiyinə görə prezident sorğu olunacaq ya yox?
“Beynəlxalq Şəffaflıq – Gürcüstanın” icraçı direktoru, Eka Qiqauri hesab edir ki, məhkumların əfv edilməsi faktı üzrə başlamış istintaq çərçivəsində Gürcüstan prezidenti sorğu olunmalıdır. Əks təqdirdə istintaqın formal forması olacaq.

Eka Qiqaurinin sözlərinə görə, minə qədər insandan 30 nəfərin işinin hansı prinsiplə seçildiyi ilə bağlı bu günə qədər bəyanat verilməyib.

Bununla yanaşı Qiqaurinin deyir ki, əfv prezidentin hüququdur, lakin korrupsiya riskləri istisna olunmalıdır.

Gürcüstan Baş Prokurorluğu Salome Zurabişvili tərəfindən məhkumun əfvi faktı üzrə istintaqa başlayıb.

Mənbə: Birinci Kanal
Print