Gürcüstan mütləq bütöv olacaq - Bakradze
“Gürcüstan mütləq bütövləşəcək və vahid, güclü dövlət olacaq, bütün gürcülər, osetinlər və abxazlar burada birgə yaşayacağıq”, – “Avropalı Gürcüstan”ın lideri Davit Bakradze bildirib və partiya üzvləri ilə birgə Suxuminin işğalının 26 illiyi ilə bağlı İnquri körpüsünə gedib.

“İşğalçılar bilməlidir ki, neçə il keçsə də biz bu mübarizəni davam etdirəcəyik, bizim mübarizəmiz Gürcüstan bütöv olanda başa çatacaq. Bu gün keçirilən aksiya simvolik olaraq deməkdir ki, neçə 26 il keçsə də, biz bu bədbəxtliyə, vətənimizin parçalanmasına dözməyəcəyik və sona qədər Gürcüstanın vahid, azad və Avropa ölkəsi olması üçün mübarizə aparacağıq.”

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google