Gürcüstan mütləq bütöv olacaq - Bakradze
15:09 / 27.09.2019
“Gürcüstan mütləq bütövləşəcək və
vahid, güclü dövlət olacaq, bütün gürcülər, osetinlər və abxazlar
burada birgə yaşayacağıq”, – “Avropalı Gürcüstan”ın
lideri Davit Bakradze bildirib və partiya üzvləri ilə birgə
Suxuminin işğalının 26 illiyi ilə bağlı İnquri körpüsünə
gedib.
“İşğalçılar bilməlidir ki, neçə il keçsə də biz bu mübarizəni davam
etdirəcəyik, bizim mübarizəmiz Gürcüstan bütöv olanda başa çatacaq.
Bu gün keçirilən aksiya simvolik olaraq deməkdir ki, neçə 26 il
keçsə də, biz bu bədbəxtliyə, vətənimizin parçalanmasına
dözməyəcəyik və sona qədər Gürcüstanın vahid, azad və Avropa ölkəsi
olması üçün mübarizə aparacağıq.”