Bidzina İvanişvili regionlarda "Gürcü Arzusu"nun fəalları ilə görüşəcək
“Gürcü Arzusunun” mətbuat xidmətinin bəyanatına görə, Bidzina İvanişvili partiyanın regional təşkilatlarında fəallarla görüşlərə başlayıb.

“Netgazeti” “Gürcü Arzusunun” sədrinin əhali ilə də görüşüb-görüşməyəcəyi ilə maraqlanıb və partiyadan bildiriblər ki, hələlik qeyd olunan formatda görüşlər keçirilməyəcək.

Cari ilin iyulunda Bidzina İvanişvili mətbuatla söhbəti zamanı qeyd etmişdi ki, sentyabrdan partiya əhali ilə daha çox ünsiyyət quracaq:

“İctimaiyyətlə daha çox ünsiyyətimiz olmalıdır. Hələ ictimai olaraq elan etməmişik, amma xatırladım ki, artıq fəallıq “Gürcü Arzusu” hakimiyyətindən, Parlamentdən, Bələdiyyə Məclislərindən bütün regionlara çıxıb. Əhali ilə daha çox görüşlər keçirəcəyik, ictimaiyyətlə infrastruktur layihələri ilə bağlı daha çox söhbətlərimiz olacaq, yeni büdcə ilə onları tanış edəcəyik”, – Bidzina İvanişvili deyir.

Partiya fəalları ilə görüşlər çərçivəsində İvanişvili ilk işgüzar görüşünü Quriya regional təşkilatlarının fəalları ilə keçirəcək.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google