Bakıda Azərbaycan və Gürcüstan daxili işlər nazirlərinin görüşü olub
Gürcüstanın Daxili İşlər naziri, general-leytenant Vaxtanq Qomelaurinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov görüşüb.

"Marneuli" radiosu Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, qonaqları salamlayan azərbaycanlı nazir V.Eyvazov gürcü həmkarı Vaxtanq Qomelaurini yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və əlavə edib ki, azərbaycan və gürcü xalqları arasındakı dostluğu qədim tarixi köklərə malikdir.

Daxili İşlər naziri Vaxtanq Qomelauri isə öz növbəsində səmimi qəbula, ətraflı məlumata və göstərilən qonaqpərvərliyə görə təşəkkür edib, mehriban qonşu və yaxın dost olan Azərbaycanla bütün sahələrdə, o cümlədən daxili işlər orqanları arasında əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.

Daxili işlər nazirlikləri arasında əməkdaşlığın dahada genişləndirilməsi haqda müzakirələr aparılıb.

Səmimilik və dostluq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.
Print