Mixeil Batiaşvili vəzifəsini tərk edir
Mixeil Batiaşvili Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri vəzifəsini tərk edir. Bu haqda Gürcüstanın Baş naziei Qiorqi Qaxaria hökumət iclasında bildirib.

Onun sözlərinə görə, Mixeil Batiaşvili vəzifəsini öz ərizəsi əsasında tərk edir.

“Sizinlə birgə qeyd etmək istədiyim məsələlərdən biri həmkarlarımızıdan birinin, Mixeil Batiaşvilinin öz ərizəsi əsasında Təhsil, İdman və Mədəniyyət naziri vəzifəsini tərk etmək xahişidir. Əlbəttə, biz ilk növbədə sərf etdiyi əmək, təhsil sisteminin davamlı islahatı kimi vacib islahat və əlbəttə son illər ərzində idmanda, mədəniyyət istiqamətində əldə etdiyimiz uğurlar üçün cənab Mixeilə təşəkkür etməliyik” – Qiorqi Qaxaria bildirib.

Onun sözlərinə görə, təhsil islahatına daha sürətli və səmərəli inkişaf lazımdır.

“Bundan əlavə bizim hamımızın birmənalı şəkildə qəbul etdiyimiz, ölkəmizin ən vacib probleminin iş yerlərinin olmaması, təhsil və təhlükəsizlik olması prinsipini qeyd etmək istəyirəm. Biz bu üç istiqamətə biz daha çox diqqət ayıracağıq. Xüsusən də daha sürətli və səmərəli inkişaf tələb edən təhsil sisteminin islahatına diqqət ayıracağıq və mən əminəm ki, bu gün Təhsil Nazirliyinə rəhbərlik edən həmkarlar, komanda bu istiqamətdə öz əməklərini sərf etməyə davam edəcəklər”- Qiorqi Qaxaria bildirib.
Gürcüstanın Baş naziri Mixeil Batiaşvilini kimin əvəz edəcəyini qeyd etməyib.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google