"Amiran" kinoteatrının yanında fəal Ana Subeliani xəsarət alıb -VIDEO
“Amiran” kinoteatrının yanında fəal Ana Subeliani xəsarət alıb.

O, təcili yardım xidməti tərəfindən klinikaya aparılıb.

Fəal Qiorqi Tabaqari Facebookda yazır ki, Ana Subelianinin gözünə daşla vurublar.

“Amiranda” Levan Akinin gey dramı “Və biz rəqs etdik” premyerası gedir. Bayırda millətçi qruplar polislə qarşıdurmaya qalxıblar və premyeraya mane olmaq üçün binaya girməyə cəhd edirlər.





Mənbə: Netgazeti
Print