Gürcüstan Parlamenti bu gün, iyunun 23-də keçirilən iclasında
Konstitusiya dəyişikliklərini ikinci oxunuşda da dəstəklədi.
Dəyişikliklərin lehinə 115 deputat səs verdi. Bu dəyişikliklərə
görə, 2020-ci il Parlament seçkiləri proporsional sistemə mümkün
qədər yaxın bir şəkildə keçiriləcək. 3 millət vəkili sənədin
əleyhinə səs verdi.
Bu dəyişikliklərin qəbulu üçün ən az 113 səs lazım idi. Səsvermə
üçün 119 deputat qeydiyyata alınmışdı. Bir nəfər isə bitərəf
qalıb.
Müstəqil millət vəkilləri, Mühafizəkarlar, həmçinin Sosial
Demokratlar İttifaqı və Vətənpərvərlər Alyansı dəyişiklikləri
dəstəkləmək niyyətindədir.
Vahid Milli Hərəkat (VMH), “Mtavari” kanalının təsisçisi Qiorqi
Ruruanın həbsdən azad olunmayacağı təqdirdə dəyişiklikləri
dəstəkləməyəcəyini bildirmişdi. "Avropalı Gürcüstan" birinci
oxunuşda konstitusiya dəyişikliklərini dəstəklədi, amma ikinci
səsvermədə iştirak etmədi. Partiyadan bunun səbəbinin, hökumətə
layihəni ilk iclasda başlatmamaq üçün bir bəhanə vermək
istəmədiklərini, ancaq Qiorqi Ruruanın həbsdən azad edilməyəcəyi
təqdirdə 2-ci və 3-cü dinləmələr zamanı dəyişiklikləri
dəstəkləməyəcəklərini bildirmişdilər.
8 mart razılaşmasının fasilitatorları iyunun 19-da bəyanat yayaraq,
prosesdə iştirak edən bütün tərəfləri dəyişiklikləri dəstəkləməyə
çağırmışdılar.