Yeni seçki sistemi II oxunuşda da qəbul edildi

Gürcüstan Parlamenti bu gün, iyunun 23-də keçirilən iclasında Konstitusiya dəyişikliklərini ikinci oxunuşda da dəstəklədi.


Dəyişikliklərin lehinə 115 deputat səs verdi. Bu dəyişikliklərə görə, 2020-ci il Parlament seçkiləri proporsional sistemə mümkün qədər yaxın bir şəkildə keçiriləcək. 3 millət vəkili sənədin əleyhinə səs verdi.

Bu dəyişikliklərin qəbulu üçün ən az 113 səs lazım idi. Səsvermə üçün 119 deputat qeydiyyata alınmışdı. Bir nəfər isə bitərəf qalıb.

Müstəqil millət vəkilləri, Mühafizəkarlar, həmçinin Sosial Demokratlar İttifaqı və Vətənpərvərlər Alyansı dəyişiklikləri dəstəkləmək niyyətindədir.

Vahid Milli Hərəkat (VMH), “Mtavari” kanalının təsisçisi Qiorqi Ruruanın həbsdən azad olunmayacağı təqdirdə dəyişiklikləri dəstəkləməyəcəyini bildirmişdi. "Avropalı Gürcüstan" birinci oxunuşda konstitusiya dəyişikliklərini dəstəklədi, amma ikinci səsvermədə iştirak etmədi. Partiyadan bunun səbəbinin, hökumətə layihəni ilk iclasda başlatmamaq üçün bir bəhanə vermək istəmədiklərini, ancaq Qiorqi Ruruanın həbsdən azad edilməyəcəyi təqdirdə 2-ci və 3-cü dinləmələr zamanı dəyişiklikləri dəstəkləməyəcəklərini bildirmişdilər.

8 mart razılaşmasının fasilitatorları iyunun 19-da bəyanat yayaraq, prosesdə iştirak edən bütün tərəfləri dəyişiklikləri dəstəkləməyə çağırmışdılar.

Mənbə: Netgazeti

 

Print