Türkiyə ilə Ukrayna arasındakı uçuşların bir qismi 1 iyul tarixindən bərpa ediləcək – Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski “Twitter”-də yazıb ki, Ukrayna ilə Türkiyə arasındakı uçuşların bir qismi iyulun 1-dən bərpa ediləcək.


"[Türkiyə] Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə razıyam ki, bu turizm sənayesinin tərəqqisinə təkan verəcək",
– deyə Zelenski yazıb.

May ayında ölkələr arasında uçuşların bərpası ilə bağlı danışıqlar yenidən başlayıb. Uçuşlar koronavirus pandemiyası səbəbindən ləğv edilmişdi.

Ukrayna prezidenti Ərdoğana göstərdiyi humanitar yardımına görə də təşəkkür edərək yazıb: "Biz Ukrayna ilə Türkiyə arasında ortaq maraq doğuran bütün sahələrdə strateji tərəfdaşlığı dərinləşdiririk."
Mənbə: Netgazeti

 

Print