Gürcüstan Parlamenti konstitusiya dəyişikliklərini üçüncü oxunuşda müzakirə edəcək və səsverməyə çıxaracaq

Bu gün, iyunun 29-da, Parlamentin fövqəladə iclası keçiriləcək, burada Konstitusiya dəyişiklikləri üçüncü oxunuşda müzakirə ediləcək və səsverməyə çıxarılacaq.


Parlamentin iclası saat 12:00-da başlayacaq.

Məlum olduğu kimi, "Milli Hərəkat" və "Avropalı Gürcüstan" fraksiyaları Konstitusiya dəyişikliklərinin müzakirəsində iştirak etməyəcək.

Layihəyə əsasən, 2020-ci il Parlament seçkiləri qarışıq seçki sistemi (120 proporsional, 30 majoritar) və 1% -lik baryer ilə keçiriləcək. Qanun layihəsi eyni zamanda 40%-lik kilidləmə mexanizmini də nəzərdə tutur. Daha dəqiq desək, proporsional sistem çərçivəsində 2020-ci ilin Parlament seçkilərində 40.54% -dən az səs toplayacaq partiya müstəqil hökumət qura bilməyəcək. Proporsional və majoritar mandatlar həddi yaradılır, qoyulmuş həddən artıq olduqda partiya və ya seçki bloku proporsional seçki siyahısından çıxarılaraq seçki baiyerini keçə bilən digər siyasi partiyaların və seçki bloklarının təqdim etdiyi seçki siyahılarına bölüşdürülür.
Konstitusiya qanun layihəsində seçki blokları məsələsi də müəyyən edilib.

Daha dəqiq desək, Parlament üzvlərinin mandatları proporsional sistem seçkiləri nəticəsində, səslərin ən azı 1 faizi və ən azı seçki blokundakı siyasi partiyaların sayı qədər olan siyasi partiyaların seçki blokları arasında bölüşdürüləcək.

Bölüşdürülməmiş mandatlara gəldikdə isə, onlar ən böyük qalığı olan partiyalara və seçki bloklarına paylanacaq.

2020-ci il Parlament seçkilərində ölkə miqyasında tək mandatlı 30 majoritar dairə yaradılacaq.

Tbilisidə 8 majoritar dairə olacaq.

Bölgələrə gəlincə, seçki dairələrinin bölgüsü aşağıdakı kimidir:

Kaxeti - 2 seçki dairəsi;
Kvemo Kartli - 3 seçki dairəsi (birincidə Rustavi bələdiyyəsi və Qardabani bələdiyyəsinin Norio, Martkopi, Axalsopeli, Sarticala, Qamarcveba, Axali Samqori, Lemşveniera, Teleti, Kumisi və Krtsanisi inzibati vahidləri birləşdiriləcək, ikincidə - Marneuli və Qardabani bələdiyyələri, üçüncüdə isə - Bolnisi, Dmanisi, Tetritskaro və Calka bələdiyyələri birləşdiriləcək);
Şida Kartli - 2 seçki dairəsi;
Mtsxeta Mtianeti - 1 seçki dairəsi;
Samtsxe-Cavaxeti - 2 seçki dairəsi;
Quriya - 1 seçki dairəsi;
Sameqrelo - 3 seçki dairəsi;
Raca-Leçxumi-Svaneti - 1 seçki dairəsi;
İmereti - 4 seçki dairəsi;
Acarıstan - 3 seçki dairəsi;

 

Print Email
FaceBook Twitter Google