77% lehinə - Putin 2036-cı ilə qədər prezident qala biləcək

Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) Rusiyada keçirilən 1 iyul referendumunda bülletenlərin 70% -dən çoxunu artıq sayıb.



İlkin məlumatlara görə, seçicilərin 77% -i Rusiya prezidentinin səlahiyyətlərini daha da artıran konstitusiya dəyişikliklərini dəstəkləyir, faktiki olaraq, prezidentlik müddətinə qoyulan məhdudiyyətlər qaldırılır və Vladimir Putin 2024-cü ildən, və ya hazırkı prezidentlik müddəti bitdikdən sonra daha 2 müddətə (hər biri 6 illik müddət olmaqla) prezident vəzifəsini tuta biləcək.

Rusiya Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə, əhalinin demək olar ki, 22%-i konstitusiya dəyişikliklərinin əleyhinə səs verib.

Konstitusiya dəyişiklikləri ilə bağlı referendum Gürcüstanın işğal olunmuş bölgələrində — Cənubi Osetiya və Abxaziyada da keçirilib.

Gürcüstandakı Rusiya vətəndaşları, Tbilisidə Rusiya Federasiyasının maraqları bölümünün yerləşdiyi İsveçrə səfirliyinin qarşısında Vladimir Putinin başlatdığı konstitusiya dəyişikliklərinə qarşı etiraz aksiyası keçirib.

Xatırladaq ki, Vladimir Putin Rusiyanı 1999-cu ildən idarə edir.
Mənbə: Netgazeti

 

Print