“Mtavari” kanalı heç kimin redaksiya siyasətinə qarışmasına imkan verməyəcək - Qaxaria

Baş nazir Qiorqi Qaxariyanın sözlərinə görə, istintaq orqanları “Mtavari” telekanalının redaksiya siyasətinə qarışmayacaq və telekanalın özü də buna imkan verməyəcək. Qaxariya bu haqda jurnalistlərlə söhbəti zaman bildirib.



“Əminəm ki, Gürcüstanın hər hansı bir istintaq orqanı tərəfindən hansı araşdırmanın başlamasından asılı olmayaraq, “Mtavari” kanalı heç kimin onun redaksiya siyasətinə qarışmasına imkan verməz. Mən buna tam əminəm. Həmçinin ona da əminəm ki, bu gün Gürcüstanın hüquqi bazası heç kimə siyasi baxımdan və ya başqa bir baxımdan hər hansı bir media orqanının redaksiya siyasətinə müdaxilə etməyə imkan vermir. Mən buna əminəm”, -
deyə Qaxaria bildirib.

Qaxaria bu bəyanatı ilə, Tbilisi Şəhər Məhkəməsinin qərarına fikir bildirib. Həmin qərarla Dövlət Təhlükəsizliyi Xidmətinə iyunun 20-də koronavirusla bağlı yayımlanan süjet materiallarını telekanaldan sərbəst şəkildə çıxarılmasına icazə verilir.

DTX haqqında danışılan süjetin mart ayında başlayan təxribat işi ilə əlaqədar olduğunu hesab edir və bu iki işi eyni istiqamətdə nəzərdən keçirir.

“Mtavari” kanalı iyunun 20-də bir süjet hazırlamışdı ki, burada respondentlər ailə üzvlərinin başqa bir xəstəlikdən öldüyünü, lakin ölən şəxsin ailə üzvləri COVID-19-u ölüm səbəbi kimi qeyd etməyə razı olsalar, bunun müqabilində müəyyən qədər pul alacaqları haqqında təklif aldıqlarını bildirmişdilər. Sözügedən məlumatları “Mtavari” kanalına verən respondentlər DTX-ya sorğuya çağırılmışdı.

Dövlət Təhlükəsizliyi Xidməti, iyunun 25-də bildirmişdi ki, təxribat məsələsinə görə məhz sözügedən süjetin respodentləri dindirilmişdi.

Respondentlərdən əlavə Respublika Partiyasının lideri Xatuna Samnidze və jurnalist Nino Çelidze də dindirilməyə çağrılmışdı.

Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, haqqında danışılan şəxslər 2020-ci ilin martında başladılan istintaq çərçivəsində təxribat maddəsi ilə dindirilməyə çağrıldı. Martın 16-da bir qrup şəxs "hökumət" və "səhiyyə xidməti" adından bir sıra Gürcüstan vətəndaşına virusun yayılma miqyası, onun mənfi nəticələri və hökumətin gördüyü tədbirlərin lazım olduğundan artıq olması barədə yalan mesajlar göndərdi. Bundan sonra istintaq təxribat maddəsi ilə (Gürcüstan Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi) başladılıb. Törədilmiş cinayətə görə 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bu iki hadisənin bir-biri ilə əlaqəsi haqda verilən suala DTX-dan bildiriblər ki, istintaq “Mtavari” kanalı tərəfindən yayılmış məlumatı da “eyni istiqamət üzrə nəzərdən keçirir”.
Mənbə: Netgazeti

 

Print