Qiorqi Vaşadze və Tako Çarkviani yeni birlik təqdim edib
Qiorqi Vaşadze və Tako Çarkviani bu gün, 27 iyul tariaxində yeni "Qurucu strategiyası" siyasi platformasını təqdim ediblər.
Qiorqi Vaşadzenin təqdimat mərasimində bildirdiyinə görə, bu mərhələdə platforma "Yeni Gürcüstan", "Hüquq və Ədalət" və "Qurucu Strategiyası" ekspertlərini birləşdirir:

“Hazırkı mərhələdə üç subyektdən ibarət olan "Yeni Gürcüstan", "Hüquq və Ədalət" və "Qurucu Strategiyası" ekspertlərindən ibarət yeni bir "Qurucu strategiya”sı adlı siyasi platforma yaratmaq qərarına gəldik, bununla yanaşı ölkənin inkişaf planını ictimaiyyətə təqdim etdik.

Məqsədimiz işsizliyi, yoxsulluğu aradan qaldırmaq, təqaüdçülərə dəstək olmaq, mühacirləri geri qaytarmaq və sairdir. Bu barədə 30 iyulda seçki proqramımızın təqdimatı zamanı ətraflı danışacağıq",
– deyə Qiorqi Vaşadze bildirib.

Vaşadze qeyd edir ki, "Qurucu strategiyası" öz sahəsində uğurlu insanları birləşdirəcək bir platforma olacaq:

"Qoşulmanın ilk mərhələsi iyulun 30-da olacaq, burada bu prosesə qoşulan insanları görəcəksiniz və bu seçkilərə qədər davam edəcək. Düzünü deyim, bir çox insanla ünsiyyət qurmuşuq, buna görə də bu insanların bu mübarizədə iştirak etmələri üçün güclü bir cazibə mərkəzimiz var", – deyə Qiorqi Vaşadze bildirib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google