Enzel Mkoyan majoritar olaraq qeydiyyatdan keçmək üçün sənədləri komissiyaya təqdim etdiyini bildirib
Gürcüstanın hazırkı parlament üzvü Enzel Mkoyan 2020-ci il parlament seçkilərində müstəqil millət vəkili olaraq iştirak edəcək. "Nori" icma radiosu Mkoyanın qərarı haqqında məlumat yayıb. Radionun verdiyi məlumata görə, Enzel Mkoyan müstəqil namizəd kimi qeydiyyata alınmaq üçün sənədləri Axalkalaki Seçki Komissiyasına təqdim edib.

“Bəli, doğrudur, sənədlərin çoxunu komissiyaya təqdim etmişəm, daha bir neçə sertifikat təqdim etməliyəm."Bu çox məsuliyyətli bir məsələdir, insanlar məni seçmək istəyir və mən beşinci dəfə millət vəkili olmaq istəyirəm", – deyə Enzel Mkoyan bildirib.

“Gürcü arzusu” hazırkı millət vəkili, partiya siyahısı ilə parlamentə deputat olan Samvel Manukyanı Axalkalaki və Ninotsminda seçki dairələrində “Gürcü Arzusu”nun namizədi olaraq irəli sürüb.

Mənbə: publika
Print Email
FaceBook Twitter Google