Bolnisi, Dmanisi, Tetri Tskaro, Tsalka seçki dairəsində majoritar
namizədliyini irəli sürən Kaxa Okriaşvili tərəfdarlarına hücum
edildiyini söyləyir.
Okriaşvilinin sözlərinə görə, hadisənin siyasi motivləri var və
belə hərəkətlərin davam edəcəyi istisna edilmir:
“İnsanlardan biri hücuma məruz qalıb. Hər gün 10 nəfər
bələdiyyə binasının qarşısına toplaşır və bəzi hücumları təqlid
edir. Belə bir şeyin yenidən təkrarlana biləcəyindən şübhələnirəm.
Səbəb siyasi motivasiyadır", – Kaxa Okriaşvili
dedi.
Netgazeti bununla bağlı Gürcüstan Daxili İşlər Nazirliyi ilə əlaqə
saxladı. Agentlik, qarşıdurmanın bir neçə gün əvvəl Dmanisidə
yaşandığını və hadisənin iki maddə ilə araşdırıldığını söylədi:
şəbəkə zorakılığı və başqasının əmlakına ziyan (Cinayət
Məcəlləsinin 126; 187-ci maddələri).
Proporsional seçki sisteminə keçidin əsas müxaliflərindən biri
olan, PSP aptek şəbəkəsinin qurucusu, Kaxa Okriaşvili, Gürcü
Arzusunun majoritar millət vəkili namizədləri arasında yer
almadı.
"Gürcü Arzusunun" liderlərindən biri Qia Volskinin dediyi kimi,
Okriaşvilinin "şəxsinə qarşı bir narazılıq" yox idi, ancaq
"siyasətçi olaraq komandadan ayrıldı".
"Gürcü Arzusundan" ayrıldıqdan sonra Okriaşvili Çezar Çoçeli ilə
partiyanı qurdu. "Milli Hərəkat"-ı və bir sıra digər siyasi
qurumları birləşdirən "Güc Birlikdədir" seçki bloku adına majoritar
olaraq iştirak edir.
Kaxa Okriaşvili 4 çağırış parlamentin üzvüdür. 2008 və 2012
parlament seçkilərində "Milli Hərəkat" namizədi idi.